Sabah külək əsəcək, tempratur düşəcək

Sabah külək əsəcək, tempratur düşəcək

Hazırda oxunan: Sabah külək əsəcək, tempratur düşəcək

7460

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Sfera.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasındaavqustun 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Avqustun 06-da şimal-qərb küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO