Taksilər qiymətləri qaldırdı, yumurta bahalaşdı – REALLIQ

Taksilər qiymətləri qaldırdı, yumurta bahalaşdı – REALLIQ

Hazırda oxunan: Taksilər qiymətləri qaldırdı, yumurta bahalaşdı – REALLIQ

7448

Tarif Şurasının qərarı ilə yanvarın 5-dən Azərbaycanda  Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bu qərarın qiymət artımına təsir etməyəcəyinə inandırmağa çalışsalar da dəyişən qiymətlər var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin azalıb


Artıq şəhər əhalisinin hər gün istifadə etdiyi taksi xidmətləri bu məsələdə birincilik nümayiş etdirib. 

2 gün bundan əvvəl Heydər Əliyev sarayının yanından İnşaatçılar metrostansiyasına 2.40 manata getmək mümkün idisə, bu gün həmin yolu bəzi şirkətlərdə 50-60 qəpik, bəzilərində isə 1.00 -1.20 manat bahasına daşımağa başlayıblar.

25 il sürücülük fəaliyyəti ilə məşğul olan Yaşar dayı dizel yanacağının qalxmasının onun büdcəsi üçün ağır zərbə olduğunu deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə o, məcbur qalaraq gediş haqqlarını yüksəldəcək.

''Əgər əvvəllər 5 kilometrlik yol mənə 2.80 – 3.00 manata başa gəlirdisə, yeni tariflə bu 33% daha baha başa gələcək. Sürücülər də məcbur qalaraq, bu şəraitdə qiymətin üzərinə dizelə görə 33%, benzinə görə isə əlavə 11% qiymət artıracaq. Bu həm müştərinin cibinə zərər olacaq, həm də sürücünün''.

''Əvvəllər ay ərzində 10 gün taksidən istifadə edən müştəri, məcbur qalıb taksidən istifadəsini minimuma endirəcək. Çox keçmədən vəziyyət sürücülərin fəaliyyətinə öz mənfi təsirini göstərəcək. Bu da hazırda post müharibə və ciddi karanti rejimi yaşayan bir ölkənin insanlarını çıxılmaz vəziyyətə qoyur'', - deyə o bildirib.

Məsələ ilə bağlı daha bir neçə taksi şirkətlərinə müraciət etdik. Xanım operatorların müştəriyə söylədiyi qiymətə etiraz edəndə, onlar bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdılar, görünən isə o idi ki, qiymət artıb. 

Əksər operatorların da cavabı bir-birinə oxşadığından aydın olurdu ki, təlimat vahid mərkəzdən gəlib. Təbii ki, hər kəs sözə yox, cibinə təsir edən fakta inanır. 

İclaslarının çoxunu gecələr keçirən Tarif Şurasının qiymət artımı bu gün səhərdən bazarda yumurtanın qiymətinə də yavaş-yavaş təsir etməyə başlayıb.

Deyəsən, yumurtadan da yun qırxan işbazlar Tarif Şurası kimi gecələr artıb çoxalmağa meyilli olurlar. Dünən 15 qəpiyə olan yumurta, bu gün səhərdən marketlərdə artıq 18-19 qəpiyə satılır. 

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO