Dağ rayonlarımızın bir çoxunda qar yağıb, bəzi avtomobil yollarında gediş-gəliş çətinləşib. Bu yolların istismara yararlığı nəzarətdə saxlanılırmı?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, əslində, agentlik qış rejiminə çoxdan keçib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında qeyd etdi ki, relyefi çətin olan ərazilərdə mexanizmlər hazır vəziyyətə gətirilib, sürücülərin gediş-gəlişlərini asanlaşdırmaq üçün yollarda növbətçilər fəaliyyət göstərir.
MÖVZU İLƏ BAĞLI:
Sulutəpə dairəsindəki yol qovşağının inşası yekunlaşır - RƏSMİ
Bir çox yerlərdə duz-qum ehtiyatı toplanıb, yol kənarına yığılıb:
“Bura əsasən Quba–Xınalıq, Lahıc–Dəmirçi kimi yollar daxildir. Bilirsiniz ki, rayonlarda və dağlıq ərazilərdə qış mövsümü çoxdan başlayıb, qar yağıb, yollar buz bağlayıb. Bizim də rayonlar üzrə dislokasiya olunan idarələrimiz var ki, hər şeyə nəzarət edirlər”.
Gülşanə Mustafayeva, Bizim.Media