''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' -  Anar Əliyev 

''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' -  Anar Əliyev 

Hazırda oxunan: ''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' -  Anar Əliyev 

7441

Erməni həkimləri bizə işğəncələr verirdi.

Bizim.Media-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Anar Əliyev deyib.

O bildirib ki, könüllü olaraq döyüşlərə qatılıb:

“10 noyabrda ermənilər tərəfindən əsir götürüldüm. Əsgərlər də işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin işgəncələri idi.  Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxana həyatım oldu. Yatanda gəlib bizi vururdular.

Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik. 14 dekabrda da bizi gətirəndə hara getdiyimizi bilmədik. Təyyarədə bildik ki, Bakıya gətirilirik.

Ölkə Prezidentimizin səyi nəticəsində Dilqəm və Şahbazın da adının siyahıda olduğunu bildik. Onların 6 ildə orada çəkdiyi işgəncələri biz hələ görməmişdik. Biz buna görə çox sevinirdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO