Ər arvadına iynə vurdu, nəticədə...

Ər arvadına iynə vurdu, nəticədə...

Hazırda oxunan: Ər arvadına iynə vurdu, nəticədə...

74409

Goranboyda halı pisləşən xanımına ər özü  iynə vurub yardım etmək istəyib, amma xanımını sağalmaq əvəzinə xəstəxanalıq edib.

Bizim.Media-nın məlumatına görə, hadisə Eyvazalılar kəndində baş verib.

Halı pisləşən 1986-cı il təvəllüdlü Quliyeva Günay Fəqan qızı tibb işçisi dəvət etmədən ərinin köməyindən yararlanmaq istəyib.

Həyat yoldaşı tərəddüd etmədən xanımına  sertofen  iynəsi vurub, amma bu yaxşılığının bədəli ağır olub.

İynəyə kəskin reaksiya verən 36 yaşlı xanım halsız vəziyyətdə təcili xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, həkimlərin çevik tibbi müdaxiləsi nəticəsində dərman şoku keçirən qadının durumu stabilləşib.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO