Sabah 1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək

Sabah 1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək

Hazırda oxunan: Sabah 1300-ə yaxın namizəd rezidenturaya imtahan verəcək

74286

Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək. 

DİM-dən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, imtahanda 1279 namizəd iştirak edəcək.

Onlardan 1021-i Azərbaycan, 258-i isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564-ü oğlan, 715-i qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər isə xarici ölkə vətəndaşıdır. 
İmtahanlar Bakı və Naxçıvanda keçiriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO