TƏBİB-in Müşahidə Şurasının üzvlərindən daha birinin adı müəyyənləşdi

TƏBİB-in Müşahidə Şurasının üzvlərindən daha birinin adı müəyyənləşdi

Hazırda oxunan: TƏBİB-in Müşahidə Şurasının üzvlərindən daha birinin adı müəyyənləşdi

74196

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə yeni vəzifə verilib.

Bizim.Media xəbər verir ki, sədr bundan sonra həm də yeni yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasına üzvlük edəcək.

Qeyd edək ki, hazırda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevdir. O, 1989-cu ildən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Xatırladaq ki, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəridir. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO