Qarabağ atlarının Britaniyada çıxışı yüksək rəğbətlə qarşılandı - FOTO

Qarabağ atlarının Britaniyada çıxışı yüksək rəğbətlə qarşılandı - FOTO

Hazırda oxunan: Qarabağ atlarının Britaniyada çıxışı yüksək rəğbətlə qarşılandı - FOTO

74169

Böyük Britaniyada Vindzor qəsrinin ərazisindəki ənənəvi “Kral Atçılıq Şousu”nda Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqramı tamaşaçılar yüksək rəğbətlə qarşılayıb. 

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqi sədaları altında milli rəqslər izləyiciləri valeh edib. 

Həftəsonu Azərbaycan heyətinin daha 3 çıxışı nəzərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal-larında və internet platformalarında canlı təqdim olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO