“Azərbaycanda dərmanlar qonşu ölkələrdən daha bahadır” – Siyavuş Novruzov 

“Azərbaycanda dərmanlar qonşu ölkələrdən daha bahadır” – Siyavuş Novruzov 

Hazırda oxunan: “Azərbaycanda dərmanlar qonşu ölkələrdən daha bahadır” – Siyavuş Novruzov 

74162

“Bizdə dərmanların qiyməti bir çox qonşu ölkələrdən daha bahadır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.  

Deputat qeyd edib ki, ölkəmizə dərmanların böyük hissəsi hal-hazırda müharibə şəraitində olan Rusiya və Ukraynadan gətirilirdi:

“Ukraynada Əfqanıstan sindromu gedir. Sülh yaratmaq istəyən dövlətlər müharibənin daha da uzanmasına xidmət göstərirlər. Necə ki, vaxtilə SSRİ-ni Əfqanıstanda uzun müddət saxlamaqla onları çökdürdülər. İndi həmin proqramın başqa hissəsi həyata keçirilir. Biz gözləyə bilmərik ki, müharibə bu gün, sabah bitəcək. Tədbirlərin görülməsi vacibdir. Dərmanların istər gömrükdə, istər digər yerlərdə ölkəyə buraxılmasına şərait yaratmalıyıq. Dərman bazası daha çox olmalıdır”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO