Azərbaycanda internet trafikin həcmi kəskin artıb

Azərbaycanda internet trafikin həcmi kəskin artıb

Hazırda oxunan: Azərbaycanda internet trafikin həcmi kəskin artıb

74159
Azərbaycanın ilkin internet provayderi “Delta Telecom”x9d şirkətinin statistikasına görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

ANS PRESS-in məlumatına görə, “Delta Telecom”x9d şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub.

Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5 faiz artaraq 400 Gbp/s səviyyəsində qalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50 faiz artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO