Elçin Əfəndi: “Bəzi universitetlərdə açıq alver gedir”

Elçin Əfəndi: “Bəzi universitetlərdə açıq alver gedir”

Hazırda oxunan: Elçin Əfəndi: “Bəzi universitetlərdə açıq alver gedir”

74125

May ayının sonundan etibarən universitetlərdə yay smestr imtahanları başlayacaq. Əksər ali təhsil ocaqlarında isə köhnə imtahan metodu hələ də qalmaqdadır.

Tələbələrdə smestr imtahanlarının cavablarına olan inamsızlıq və qorxu nədən qaynaqlanır? Pandemiya dövrünün öyrətdiyi vərdişlərin yaxşı tərəfini qəbul edib imtahan stresini azaltmaq mümkün deyilmi?

Təhsil eksperti Elçin Əfəndi ölkədə köhnə metodla imtahan keçirən universitetlərin çoxluğuna təəssüf edir.

Bildirir ki, artıq elə bir vəziyyət yaratmaq lazımdır ki, tələbələr sərbəst formada imtahanları versinlər: 

“Hər bir tələbə Boloniya təhsil sistemində təhsil alır və bu sistemdə tələbələrin sərbəst təhsil almasına şərait yaradılmalıdır. Pandemiya dövrünün öyrətdiyi vərdişlərin yaxşı tərəf kimi qəbul etdiyimiz müsbət məqamlar da var idi ki, bunlar test və ya onlayn şəkildə imtahanların verilməsi idi. İstənilən halda bizim üçün vacib olan tələbənin öz biliklərini düzgün şəkildə təqdim etməsidir, yəni onun müvafiq biliyinin yoxlanılıb-ölçülməsində ilk növbədə şəffaflıq tələb olunmalıdır. İkinci mərhələdə isə qiymətləndirmə prosesi düzgün həyata keçirilməlidir. Biz burada tələbələri sıxmalı deyilik və onlar bilməlidirlər ki, konkret bilikləri düzgün qiymətləndirilir”. 

Təhsil eksperti bəzi universitetlərdə açıq alver edildiyini dilə gətirib:

“Suallar alınır və satılır, hər hansısa tələbəyə qiymət yazılması ilə bağlı tapşırıq verilir, bunun üçün ödəniş olunur. Hal-hazırda ölkəmizdə 40-dan çox universitetlərdə tələbələr ödənişli təhsil alır. Bir sıra universitetlər də smestr sonu tələbələrin kəsilməsində maraqlıdır. Kəsilmiş tələbələrə tələbə bileti də verilmir”.

Elçin Əfəndi qeyd edir ki, Tələbə Təhsil Kredit Fondu kəsiri olan tələbələrə kredit verilməsini də dayandırdığndan bu işdə maraq daha da artır: 

“Bu məsələdə birbaşa rolu universitetlər oynayır, onlar tələbələrin kəsilməsinə maraqlıdırlar sanki. Hesab edirəm ki, universitetlər imtahan ərəfəsində tələbələrə daha humanist yanaşmalıdırlar, kompromisə getməlidirlər və imtahanları ədalətli və şəffaf keçirməlidirlər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO