Bərdə rayonunda “Ana təbiəti qoruyaq”x9d şüarı altında aksiya keçirilib.
Ölkəmiz fisunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan flora və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Bu şöhrətin qazanılmasında Kür qırağı Tuğay meşələrinin öz yeri vardır.
Bərdə gəncləri flora və faunanın qorunmasında həmişə öz fəallıqları ilə seçilmişlər. 2 aprel 2015-ci il tarixdə Gənclər və İdman idarəsinin, YAP Bərdə rayon Gənclər birliyi təşkilatının birgə təşkilatçılığı və Bərdə rayon polis şöbəsinin tağım komandiri, polis mayoru Şamxal Babayevin yaxından dəstəyi və bir qrup gənc təbiət sevərlərin iştirakı ilə “Ana təbiəti qoruyaq”x9d şüarı altında aksiya keçirilmişdir.Gənc təbiət sevərlər tərəfindən rayon ərazisində olan Kür qırağı Tuğay meşələrinə 30 cüt qırqovul buraxılmışdır.
Aksiyada YAP Bərdə rayon Gənclər birliyi təşkilatının üzvləri, Bərdə rayon Dövlət İdarəetmə Kollecinin tələbə gənclər təşkilatının üzvləri, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin gənc təbiət sevərləri və digər fəal gənclər iştirak etmişlər.































































































