Qoç
Əvvəlki sevgilinizə aid ən bahalı əşyanı belə qırmağı gözə ala bilərsiniz. Çünki siz olacaqları düşünmədən hərəkət edirsiniz. Sürətli qərar verdiyiniz üçün intiqamınız məntiqli olmaya bilər. Əsəblərinizi cilovlamağınız vacibdir. Köhnə sevgilinizə aid olan hər şeyi yox etmək sizə yaxşı təsir göstərəcək. Köhnə məktubları, şəkilləri, hədiyyələri yox edərək sakitləşin. Sizə uyğun başqa birini tapmaq üçün yolunuza davam edin.
Buğa
İnadçı və sakit bürc hesab edilən buğalar bir sevgidən digərinə rahatca keçə bilməzlər. Tərk edilmək, aldadılmaq buğaları dərindən incidər. "Ən yaxşı intiqam ondan ayrıldıqdan sonra daha yaxşı yaşamaqdır" deyərək yolunuza davam edə bilərsiz. Sizə aldığı hədiyyələri internet vasitəsiylə satın və qazandığınız pulla özünüzə həftə sonu istirahəti bağışlayın.
Əkizlər
Ən ağlı havada olan bürc kimi tanınan əkizlərin ayrılıq ağrısını unutmağı da çətin olmur. Yenidən əvvəlki həyatına qayıtması xoşbəxt olmağına səbəb olar. Əkizlər köhnə sevgilisinin gözləri qarşısında yeni bir sevgi macərasına da başlaya bilərlər. Ancaq bu, yaxşı fikir deyil. Köhnə sevgilinizə sosial şəbəkələrdən necə xoşbəxt olduğunuzu göstərən paylaşımlar etməyiniz də yaxşı fikir olmaya bilər. Öz həyatınızdan, şəkillərinizdən paylaşa bilərsiz, lakin onu incidəcək paylaşımlar etməməyinizdə fayda var.
Xərçəng
Xərçənglərin sevdiyi birindən incimədiyi müddətcə ruhlarında kinlilik olmaz. Lakin inciyən tərəf xərçəng bürcüdürsə, qarşı tərəf onun qəzəbinizdən qorxmalıdır. Ayrılıqdan dərhal sonra sevgisinin yerini nifrət alar. Rahatlığına çox önəm verən xərçəng bürcləri ayrılıqdan sonra köhnə sevgilinin bütün əşyalarından xilas olmağa və özlərinə yeni düzən qurmağa çalışarlar.
Şir
Şirlər uşaqları ən çox sevən və ən qürurlu bürclərdən biridir. Bu xüsusiyyətləriniz ayrılıq acısını tez unutmağınıza kömək edir. Şirlərin yaradılışından gələn diqqət çəkmək bacarıqları özlərini bir anda başqa bir sevgidə tapmaqlarına səbəb olacaq. Şirlər öz bacarıqlarını və hobbilərini inkişaf etdirməyə çalışsalar, bu, onlara şöhrət də gətirə bilər. Nəticədə, ayrılıq acısını da tez unudarlar.
Qız
Ən ağıllı bürclərdən biri olan qızlar həm öz səhvlərini, həm də qarşı tərəfin səhvlərini rahatlıqla görərlər. Qız bürcləri incəliklərə diqqət göstərən, çox ehtiyyatlı insanlardır. Köhnə sevgililərinin ən sevmədiyi əşyaları onların gözləri önünə qoyaraq bundan zövq alarlar.
Tərəzi
Ayrılıq tərəzi bürclərini dərindən sarsar. Ayrılıqdan sonra özlərindən uzaqlaşmaq başlıca xüsusiyyətlərindən biridir. Tərəzi qadınları ayrılıq sonrası saçlarını kəsdirirər, rənglədər, xarici görkəmlərində dəyişikliklər edərlər.
Əqrəb
Diqqətli olun, əqrəblərin ürəyi bir dəfə qırılarsa, iynələrini çıxarar və qarşısındakina zərər verə bilər. Çox irəli getməməyə çalışın. Əqrəblər olduqca ağıllı və gizli bacarıqlara sahibdirlər. Sizin üçün ən yaxşı intiqam köhnə sevgilinizə onu ümidləndirəcək bir mesaj və ya e-mail göndərməkdir. Amma bunun ardınca ona "Üzr istəyirəm, səhvliklə sənə göndərdim" yazaraq onu tərk etməyiniz kifayət edəcəkdir.
Oğlaq
Oğlaqlar fərqli rəftara sahibdirlər. Köhnə sevgilisi ilə barışmaq üçün onunla dost münasibəti qurarlar. Oğlaqların intiqamları da olduqca qəribədir. Sevdiyiniz yeməkləri, içkiləri sifariş edərlər və birdən zəng gəldiyini deyərək masadan qalxıb gedərlər.
Oxatan
Oxatanlar üçün yenidən öz həyatlarına qayıtmaq, ayrılıq acısını unutmaq elə də çətin deyil. Kədərlənmədən həyatınıza davam etməyiniz köhnə sevgilinizi dəli etməyə kifayət edir. Əgər onunla dost qalmağı bacara bilsəniz, həyatınızda sevgili olaraq əsas rolu oynamadığını anlayacaqsız.
Dolça
Dolça xəyal gücü və texnologiyaya olan marağı ən yüksək olan bürcdür. İntiqamları da bu istiqamətdə olar. Köhnə sevgililərinin kompüterinə zərər vermək istəyə bilərlər. Sosial şəbəkələrinin şifrələrini bilsələr, şəkillərini, postlarını silə, ya da heç vaxt paylaşmayacağı şəkillərlə əvəz edə bilərlər.
Balıq
Asanlıqla öz xəyal dünyalarına qayıda bilər balıqlar. Kinli bürc olmayan balıqların çox güclü xəyal dünyaları vardır. Eyni zamanda güclü yaddaşa malik olan balıqlar tez-tez xatirələrini göz önünə gətirər, intiqam üçün bir yol axtarar. Balıqlar ən doğru zamanda əvvəlki sevgililərini çox əsəbləşdirərək intiqam alarlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 13.05.2022
Bürclərin İNTİQAMI – Onlar ayrılıqlara necə reaksiya verirlər?
Hazırda oxunan: Bürclərin İNTİQAMI – Onlar ayrılıqlara necə reaksiya verirlər?
Hazırda oxunan: Bürclərin İNTİQAMI – Onlar ayrılıqlara necə reaksiya verirlər?
74044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.