Mingəçevirdə heyrətləndirən TƏSƏRRÜFAT: Amerikalının belə diqqətini çəkdi - FOTO

Mingəçevirdə heyrətləndirən TƏSƏRRÜFAT: Amerikalının belə diqqətini çəkdi - FOTO

Hazırda oxunan: Mingəçevirdə heyrətləndirən TƏSƏRRÜFAT: Amerikalının belə diqqətini çəkdi - FOTO

74020

Mingəçevirdə heyvanat aləmi ilə zəngin çox maraqlı iki ünvan var. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ən nadir quşların və bəzi heyvanların olduğu məhşur zooparkları xatırladan bu qeyri-adi təsərrüfatlar şəhər sakinləri Arif Məmmədova və İlqar Mustafayevə məxsusdur. 

On ildən çoxdur ki, A.Məmmədovun ailəsi ilə birgə yaşadığı fərdi təsərrüfatda nələr yoxdur? 8-dən çox tovuzquşu, Rahibə quşu, Kaliforniya bildirçini, məhşur oxatan kirpi, müxtəlif növ qırqovul və kəklikər, pambıq toyuğu dovşan və neçə-neçə quş və heyvanlar bu həyətdə sanki bir ailənin üzvləri kimi yaşayır.  
Saxlanma yerləri olsa da, vaxtaşırı təsərrüfatda hər hansı məftilli-örtüllü qoruyucu olmayan şəraitdə dolaşırlar. Nə qaçanı,  nə də kimsəni incidəni varisə . Artıq əhilləşmiş heyvanlar təsərrüfatı tərk etmir.  

Amma bəzi incəliklər A.Məmmədov tərəfindən nəzərə alınır. Məsələn, A.Məmmədovun dediyinə görə, oxatan kirpi haqqında söylənən bəzi fikirlər həqiqəti əks etdirmir: "Bu kirpilər çox mülayimdir. Onu oğlum böyüdüb əhilləşdirib. Onunla və ailənin digər üzvləri ilə oynamağı çox sevir. Ox atmağı barədə el arasında deyilənlər həqiqət deyil.

Əsəbiləşdiyi hallar olarsa, insana, quşa ya digər canlıya tikanları ilə sərt toxunuş edir ki, bu zaman da tikan atmır, sadəcə, tikanlarının qarmağa bənzər hissəsi onlara ilişib zərər vurur”. 

A.Məmmədovun sözlərinə görə, payızdan yazadək çoxsaylı tovuzquşu növləri bir yerdə əylənir. Amma indiki dönəmdə onları nəzarətsiz bir arada buraxmaq olmaz. Erkək tovuzquşular özlərini sevdiyi dişilərə nümayiş etdirmək üçün yad erkək quşlarla savaşa meyilli olurlar.

Üz tutduğumuz digər ünvanda isə şəhər sakini İ.Mustafayevə məxsus təsərrüfat yerləşir. Bu ünvanda 62 yaşlı heyvansevər uşaqlıq dönəmindən üzü bəri tovuzquşular, qırqovullar, kəkliklər və toyuqlar yetişdirir.  
Onun sözlərinə görə, yetişdirdiyi quşlara maraq böyükdür. Təkcə azərbaycanlılar, yəhudilər deyil, hətta amerika erməniləri də zaman-zaman elçi düşüb. Məsələn, təxminən 10 il öncə amerikalı erməni quş həvəskarı onun quşlarından sifariş edib, amma bu alış-veriş müxtəlif səbəblərdən baş tutmayıb. 

İ.Mustafayev yeganə probleminin quşçuluq üzrə ixtisaslaşmış baytar mütəxəssis azlığından ibarət olduğunu deyir. Belə ki, zəruri tibbi baxım olmayanda quşlar vaxtaşırı tələf olur. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO