Ağdamda qəlpə yarası alan şəxs xəstəxanada öldü - YENİLƏNİB

Ağdamda qəlpə yarası alan şəxs xəstəxanada öldü - YENİLƏNİB

Hazırda oxunan: Ağdamda qəlpə yarası alan şəxs xəstəxanada öldü - YENİLƏNİB

74017

Ağdamda silah-sursat partlayıb, ölən var.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

17.09 ***

Ağdamda minaya düşən şəxsin kimliyi məlum olub. 

Bizim.Media-nın Qarabağ bürosuna verilən məlumata görə, həmin şəxs Ağdam rayon Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğludur. 

Qeyd edək ki, o, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

16.29 ***

Ağdam sakini qoyun otararkən minaya düşüb.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib.

Yaralının 45-50 yaşlarında olduğu deyilir. O, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO