Özünü Səhiyyə Nazirliyinin rəsmisi kimi təqdim edən DƏLƏDUZ MƏHKƏMƏ QARŞISINDA

Özünü Səhiyyə Nazirliyinin rəsmisi kimi təqdim edən DƏLƏDUZ MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Özünü Səhiyyə Nazirliyinin rəsmisi kimi təqdim edən DƏLƏDUZ MƏHKƏMƏ QARŞISINDA

74005

Bakı şəhər sakini Sədaqət Əzizovanın qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə bir neçə Cəbrayıl rayon sakininə qarşı dələduzluq etməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.  

Bizim.Media xəbər verir ki, aparılmış istintaqla Sədaqət Əzizovanın özbaşına özünü Səhiyyə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək qabaqcadan əlbir olduğuğu Aybəniz İbişova, Elçin Abışov və Vasif Abışov ilə birlikdə bir neçə Cəbrayıl rayon sakininin hazırda dayandırılmış sosial müavinətlərinin yenidən bərpa etdirəcəyinə dair yalan vəd verərək aldatma yolu ilə onların 2021-ci ilin müxtəlif vaxtlarında ümumilikdə 5851 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dələduza 6 il 6 ay həbs cəzası verildi


S.Əzizova, E.Abışov və A.İbişovaya Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), Vasif Abışova isə həmin məcəllənin 178.2.1, 310 və 32.4,312.2-ci maddələri ilə yekun ittiham elan edilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO