Özəl klinikalarda cərrahiyyə əməliyyatları niyə bahadır? - AÇIQLAMA

Özəl klinikalarda cərrahiyyə əməliyyatları niyə bahadır? - AÇIQLAMA

Hazırda oxunan: Özəl klinikalarda cərrahiyyə əməliyyatları niyə bahadır? - AÇIQLAMA

73997

“Azərbaycanda cərrahiyyə əməliyyatının qiymətlərinə əsas təsiri dərman və avadanlıq sərfiyyatı məsələləri göstərir”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, həkim Aydın Əliyev Azərbaycanda müxtəlif cərrahiyyə əməliyyatlarının qiymətinə təsir göstərən kriteriyalardan danışarkən deyib:

“Bir var icbari tibbi sığortanın təyin etdiyi qiymətlər, bir də var özəl tibb müəssisələrində olan qiymətlər. Bu mənada cərrahiyə əməliyyatı və xəstənin müalicə qiymətlərində fərqlərin olması təbiidir. Cərrahiyyə əməliyyatının qiymətlərinə ilk növbədə dərman və avadanlıq sərfiyyatı məsələləri təsir göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

İcbari Tibbi Sığorta hansı xəstələrə yardım etmir? – SİYAHI


Yəni hansı dərman preparatından və nə qədər istifadə olunması qiymətlərə təsir edən əsas göstəricidir. Ardınca, əməliyyat zamanı istifadə edilən avadanlıqlar, onların sterilizasiya və amartizasiyası, istifadə olunan cərrahi alətlər də cərrahi əməliyyatlar üzrə qiymətlərin müəyyənləşməsində nəzərə alınır”.

Həmsöhbətimiz bildirir ki, sözügedən qiymətin müəyyənləşməsində həkimin peşəkarlıq səviyyəsi də öz sözünü deyir:

“Son olaraq əməliyyatı edən həkimə çatacaq məbləğ də burada qeyd edilir. Həkimə çatacaq məbləğin özü də fərqli ola bilər. Bu da həkimin peşəkarlığından asılıdır.
Özəl klinikalar həm vergi verir, ƏDV, dövlət sosial müdafiə fonduna da pul tutulur. Bu məqamlar da əməliyyatın qiymətinə müəyyən dərəcədə təsir göstərir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO