Beyləqanda Şuşa fatehi şəhid Ruslan Hüseynovun xatirəsi anıldı - FOTO 

Beyləqanda Şuşa fatehi şəhid Ruslan Hüseynovun xatirəsi anıldı - FOTO 

Hazırda oxunan: Beyləqanda Şuşa fatehi şəhid Ruslan Hüseynovun xatirəsi anıldı - FOTO 

73990

Beyləqan rayonunda şəhid Ruslan Vəli oğlu Hüseynovun anım günü keçirilib. Tədbirdə şəhidin xatirə lövhəsinin açılışı olub.  

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, rayonun Bahar qəsəbəsində təşkil olunan tədbirdə şəhid ailələri, şəhidin silahdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb.  

Qeyd edək ki, R.Hüseynov 10.05.1988-ci ildə Beyləqan rayonunun Bahar qəsəbəsində doğulub.

O, 44 günlük Vətən Müharibəsi zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi döyüşlərə qatılıb. 2020-ci il noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.  
Azərbaycan Prezidentinin sərəncamı ilə o, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO