Arvadıyla dalaşan ər evini də, yoldaşını da YANDIRDI 

Arvadıyla dalaşan ər evini də, yoldaşını da YANDIRDI 

Hazırda oxunan: Arvadıyla dalaşan ər evini də, yoldaşını da YANDIRDI 

73981

Gəncədə kişi həyat yoldaşına yanıq xəsarətləri yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna faktı təsdiq edib. 

Onun bildirdiyinə görə, hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan kişi ailə münaqişəsi zəminində evi yandırmaq məqsədilə benzin tökərkən, həyat yoldaşının da üzərinə benzin töküb. 

Nəticədə qadının qolu yanıb. Yanğınsöndürənlər, polis əməkdaşları və təcili-tibbi yardım briqadası çağırış ünvanına cəlb ediliblər. Qadın xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırmalar aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərd bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO