Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ

Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ

Hazırda oxunan: Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ

73971

“Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər. Bu barədə əmək qanunvericiliyində də bildirilib ki, təhsilverənlər sertifikasiyadan keçməsə, növbəti ildə onların əmək müqaviləsinə xitam verilir”.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirdiyi tədbirdə bildirib.

O, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balının 30 bal nəzərdə tutulduğunu qeyd edib:

“Bu da 50 faiz deməkdir. Sertifikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək və ya onların əmək müqaviləsinə xitam vermək deyil. Məqsəd təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. Üstəlik sertifikatlaşdırmadan  keçə bilməyən müəllimlərə dəstək proqramlarımız da var. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO