Azərbaycan bazarının ən çirkli SEQMENTİ – Mağazalarda təhlükəli dondurmalar var, DİQQƏT! 

Azərbaycan bazarının ən çirkli SEQMENTİ – Mağazalarda təhlükəli dondurmalar var, DİQQƏT! 

Hazırda oxunan: Azərbaycan bazarının ən çirkli SEQMENTİ – Mağazalarda təhlükəli dondurmalar var, DİQQƏT! 

73967

Havaların istiləşməsi və gündən-günə yaxınlaşan dondurma mövsümü hətta dondurma sevməyənləri də arada bu təamdan dadmağa sövq edir. Amma son zamanlar sosial şəbəklərdə dondurmadan yaranan mədə-bağırsaq nasazlıqları ilə bağlı şikayətlər də çoxalıb. Əksər istehlakçı dondurma yedikdən sonra mədə pozuntularının olduğunu deyir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov mövsüm qabağı bu kimi ehtimalların qaçınılmaz olduğunu vurğulayıb:

“Çünki qışda soyuducularda saxlanmış dondurmalar yayda yenidən satışa buraxılır. Əsasən də xaricdən ölkəmizə gətirilən və keçən il satışı tam reallaşdırılmayan məhsullar bu il yenidən dövriyyəyə daxil edilir. Bu barədə Azad İstehlakçılar Birliyinə də xeyli müraciətlər daxil olur. Qarşısını almaq isə mümkün olmur”.
 

MÖVZU İLƏ BAĞLI:

Yararsız 5,5 min kq dondurma məhv edildi - FOTO


​​​​​​​Ekspert dondurmanın saxlanma müddəti ilə bağlı yaranan suallara da aydınlıq gətirib: 

“Dondurmaları mənfi 20 dərcədən aşağı tempraturda, anbarda 6 ay müddətində saxlamaq olar. Amma bu 6 ayın doğruluğu faktını təsdiq etmək lazımdır. Tutaq ki dondurmanın üzərindəki müddət 6 ayın bitmədiyini bildirir, amma laborotoriyaya nümunə verdikdə aydın olur ki, bu altı ay çoxdan bitib”.

Dondurmanın Azərbaycan  bazarının  ən çirklənmiş seqmenti olduğunu bildirən ekspert, ölkədə cəmi bir dondurma istehsalçısının təhlükəsizlik nişanı olduğunu söyləyib:

“Ölkəmizdə 20-dən çox dondurma istehsalçısı var. 2011-ci ildə USAID-in Azad İstehlakçılar Birliyi ilə apardığı birgə layihə çərçivəsində yalnız bir  dondurma istehsalçısına Qida Təhlükəsizliyi Nişanı təqdim etmişik. Qalanları bu standarta oturmur”. 

Ekspert açıqlamasında dondurmanın yağı ilə bağlı süni qazanc əldə etməyə çalışan bəzi işbazlar haqqında da danışıb:

“Dondurma bazarımızda  kərə yağı əvəzinə bitki yağının qarışdırılması problemi də var ki, bu kimi hallar da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll edilməlidir. Həmçinin dondurmanın xaricdən gətirildikdən sonra əridilərək yenidən bərkidilməsi, yəni təkrar emal problemi hələ də ölkə bazarında qalır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO