Avqust ayında müəllimlərin sertifikatlaşdırılması ilə bağlı imtahan KEÇİRİLƏCƏK

Avqust ayında müəllimlərin sertifikatlaşdırılması ilə bağlı imtahan KEÇİRİLƏCƏK

Hazırda oxunan: Avqust ayında müəllimlərin sertifikatlaşdırılması ilə bağlı imtahan KEÇİRİLƏCƏK

73965

“Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı avqust ayından test imtahanı keçiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirdiyi tədbirdə bildirib.

Onun sözlərinə görə, 2014-cü ildən təhsilverənlərin bilik və bacarıqılarının yoxlanılmasına başlanılıb. 140 minə yaxın təhsilverən bu prosesə qoşulub:

“Bu səbəbdən təhsilverənlərin sertifikatlaşdırılması Təhsil haqqında qanuna əlavə edilib və 2020-ci ilin əvvəlində qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Pandemiya  zamanı bu proses bir qədər dayansa da, son aylarda yumşalmalar artıq bu prosesə başlamağa icazə verir. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq və avqustdan test imtahanını keçirməyi başlamaq fikrindəyik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO