Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı

Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı

Hazırda oxunan: Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı

73796

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.

Şəhər prokurorluğunun böyük köməkçisi Rəmzi Lalayev bununla bağlı Bizim.Media-nın yerli bürosuna bildirib ki, araşdırmalarla 1978-ci il təvəllüdlü N.M.-in psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.
N.M. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO