Neftçalada 2 bələdiyyə sədrinə cinayət işi açıldı - Eyni əmələ görə

Neftçalada 2 bələdiyyə sədrinə cinayət işi açıldı - Eyni əmələ görə

Hazırda oxunan: Neftçalada 2 bələdiyyə sədrinə cinayət işi açıldı - Eyni əmələ görə

73745

Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1 823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2 196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilən bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO