Yevlaxda əkin sahələri SUSUZ QALIB – FOTO

Yevlaxda əkin sahələri SUSUZ QALIB – FOTO

Hazırda oxunan: Yevlaxda əkin sahələri SUSUZ QALIB – FOTO

73626

Yevlaxın Kolanı kəndinin subartezian quyusunun sayğacı yanaraq sıradan çıxıb, iki həftədir susuz qalan kəndlilərin müraciətinə baxan yoxdur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əkin sahələri əsasən subartezian qurğusu ilə suvarılan Yevlax-Qaramanlı istiqamətində elektrik enerjisinin verilməsində yaranan problemlər həmin qurğuların vaxtaşırı sıradan çıxmasına səbəb olur. 

Yevlax Suvarma Sistemləri İdarəsindən Kolanı kəndində yaranan problemlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, on gündən çoxdur ki, 235 saylı Kolanı subartezian quyusunun sayğac sistemi qısaqapanma nəticəsində yanaraq sıradan çıxıb və əkin sahələrinə suyun verilməsi dayanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda çay daşdı, körpünü sel apardı - FOTO 


İdarənin baş mühəndisi Ariz Mikayılovun sözlərinə görə, bu ərazidə elektrik enerjisinin ötürülməsində mövcud olan qeyri-sabitlik tez-tez subartezian qurğularında yanğın və digər qəzalara səbəb olur:

"Təkcə son bir ay ərzində 30-a qədər qurğuda analoji qəzalar yaşanıb. O cümlədən, 235 saylı Kolanı quyusunun sayğacı yanıb. Biz bu məsələlərlə bağlı Azərişıq ASC-yə və yerli qurumlarına müraciət edirik. Hər dəfə o qurğuları təkrar təmir etməli oluruq. Bu günlərdə artıq 4-nü yeni bitirmişik. Kolanı quyusunun isə elektrik sistemindəki qəza həll olunmadğından, əhaliyə su verə bilmirik. Bu il Kolanıda Yuxarı Qarabağ kanalında yeni su nasos stansiyasının inşa olunması da nəzərdə tutulub. Bu, insanların problemini köklü şəkildə həll edəcək". 

Məsələyə münasibət bildirən Yevlax Elektrik Şəbəkəsinin rəisi Nazim Mahmudov isə bildirib ki, Kolanı subartezian quyusunun da qidalandığı 35 kilovoltluq xətt yenidən qurulur:

“Açılmalar və müvəqqəti dayanmalar quraşdırma işləri ilə, bəzən də küləkl hava şəraitinin fəsadları ilə bağlı olur. Ərazi bizim olsa da, həmin xəttə Bərdə Regioanal Elektrik Şəbəkəsinin digər qurumları tərəfindən nəzarət edilir. Hacımahmudlu və Dəlləklər kəndlərinin enerji təsərrüfatı üçün gətirilən yeni qurğular bu gündən quraşdırılmağa başlanılacaq.

Planlar layihələr öz yerində, amma Kolanı kəndinin subartezian quyusunun enerji təchizatı problemi öz həllini tapmır. Xoşbəxtlikdən havalar yağıntılı keçir. Yağıntılardan sonra kəndlilərin halı necə olacaq?”
Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi Telman Əsədovun Bərdə Regional Elektrik Şəbəkəsinin rəisi Fuad Nəcəfova problemin aradan qaldırılması xahişi ilə ünvanladğı  məktubun göndərildiyi vaxtdan 12 gün keçir. Nəticə isə hələlik yoxdur. Çarəsiz kəndlilər dövlət başçısına müraciət etməyə qərar verib. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO