Qəbələdə sel bu kəndlərə gediş-gəlişi çətinləşdirdi - VİDEO

Qəbələdə sel bu kəndlərə gediş-gəlişi çətinləşdirdi - VİDEO

Hazırda oxunan: Qəbələdə sel bu kəndlərə gediş-gəlişi çətinləşdirdi - VİDEO

73625

Son günlər yağan şiddətli yağışlar nəticəsində Qəbələ rayonunun Qaraçay çayı ilə sel gəlib. Nəticədə Dandıx və Solqıca kəndlərini rayon mərkəzi ilə birləşdirən yoldan istifadə etmək müşkülə çevrilib.

Belə ki, adıçəkilən kəndlərdən rayon mərkəzinə gedən yol çayın yatağından keçir. Yağışlar nəticəsində çayda sululuq artıdığına görə yoldan çox çətinliklə istifadə edilir. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, yağıntılardan sonra çayda suyun səviyyəsi artıb, kəndə gediş-gəlişi çətinləşdirib.

Bura Qəbələ rayonunun Dandıx kəndidir. 220 ailənin yaşadığı kəndi rayon mərkəzi ilə birləşdirən yol Qaraçay çayının yatağından keçir. Son günlər havaların yağıntılı keçməsi səbəbindən çayda yaranan sel yolun 3-km ə qədər hissəsini keçilməz hala salıb.
Əksər avtomobillər yoldan keçə bilmir. 

Məsələ ilə bağlı Qəbələ rayon icra hakimiyyətindən verilən məlumata görə aidiyyəti qurumların rəsmiləri ilə əraziyə baxış keçirilib. Hazırda oraya cəlb olunan texnikaların köməyilə kənd sakinlərinin hərəkəti üçün şərait yaradılır.

''Sululuq çox olduğu üçün əlavə tədbirlər görmək mümkün deyil. Səviyyədə azalma olan kimi problem aradan qaldırılacaq'', deyə məlumatda bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO