“Əmək pensiyaları haqqında ikinci oxunuşdan keçmiş layihə ümumilikdə əmək pensiyaçılarının vəziyyətini yumşaltmağa, əlavə imkanlar yaratmağa hesablanıb. 9-cu maddə üzrə hüququ yaranan şəxslərə əmsalın azaldılması nəzərdə tutulur ki, bu da ümumi tələb olunan kapitalın həcminin azaldılmasına imkan verəcək ”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Fəxri Xiyabanda APA-ya açıqlaması zamanı deyib.
Qurum rəsmisinin sözlərinə görə, layihədə 9-cu maddə üzrə kifayət qədər güzəştlər, eyni zamanda 8-ci maddə üzrə nəzərdə tutulan yumşaldıcı hallar həmin şəxslərin pensiya sisteminə rahat girəcəklərinə imkan yaradır:
“Həmçinin, sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə, qəyyumluğu olan şəxslərin əmək pensiyası sisteminə girməyinə güzəştlər tətbiq olunacaq”.
Himalay Məmişov ailə başçısını itirməyə görə pensiya alan şəxslərə də kifayət qədər güzəştlərin nəzərdə tutulduğunu əlavə edib.
Qeyd edək ki, Milli Məclisdə müzakirə edən layihəyə əsasən, ailə başçısını itirməyə görə pensiya alan şəxslər digər növ pensiyanı seçdikdə, ümumi pensiya digər ailə üzvləri arasında bölünəcək. Həmçinin ailənin digər üzvləri sosial müavinət almaq hüququ yaranarsa və həmin məbləğ pensiyadan çoxdursa, onlar müavinəti seçə biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 10.05.2022
Ailə başçısını itirməyə görə pensiya alan şəxslərə hansı güzəştlər ediləcək? – DSMF sədrindən AÇIQLAMA
Hazırda oxunan: Ailə başçısını itirməyə görə pensiya alan şəxslərə hansı güzəştlər ediləcək? – DSMF sədrindən AÇIQLAMA
Hazırda oxunan: Ailə başçısını itirməyə görə pensiya alan şəxslərə hansı güzəştlər ediləcək? – DSMF sədrindən AÇIQLAMA
73580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.