Avtomobillə toqquşan motosiklet su kanalına düşdü

Avtomobillə toqquşan motosiklet su kanalına düşdü

Hazırda oxunan: Avtomobillə toqquşan motosiklet su kanalına düşdü

73511

Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub. Hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, həmin kənd sakini Camal İmanov idarə etdiyi motosikletlə hərəkətdə olarkən həmkəndlisinin idarə etdiyi " VAZ-2107” markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosiklet aşaraq yaxınlıqdakı su kanalına düşüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO