Narkotikin təsiri altında avtoşluq etdi, sürücülük hüququndan məhrum oldu - FOTO

Narkotikin təsiri altında avtoşluq etdi, sürücülük hüququndan məhrum oldu - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtoşluq etdi, sürücülük hüququndan məhrum oldu - FOTO

73431

Gəncədə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər sakini Rufan Həsənovu saxlayıblar.

Belə ki, o, idarə etdiyi “LADA” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmçinin ictimai asayişi pozaraq vətəndaşların narazılığına səbəb olub.
“İlkin söhbət zamanı zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib”,-deyə məlumatda qeyd edilib.

Nəticədə məhkəmənin qərarı ilə Ruslan Həsənov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO