Kür çayında suyun səviyyəsi artdı: SƏBƏBİ BUDUR - FOTO

Kür çayında suyun səviyyəsi artdı: SƏBƏBİ BUDUR - FOTO

Hazırda oxunan: Kür çayında suyun səviyyəsi artdı: SƏBƏBİ BUDUR - FOTO

73374

Kür çayında suyun səviyyəsində artım 1,5 metrə çatıb.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, son günlər havaların yağmurlu keçməsi Kürdə sululuğun artmasına səbəb olub.

May ayının sonlarından müşahidə olunan artım əsasən Kürün Salyan rayonu ərazisindən keçən hissəsindən deltasına doğru daha çox müşahidə olunur.

Hazırda Kür çayında suyun səviyyəsində artım 1,5 metr-ə çatıb.

Qeyd edək ki, son illər Kür çayında suyun azalması səbəbindən kürboyu ərazilərdə, əsasən də Saylan, Neftçala rayonlarının əksər kəndlərində əkin sahələrinin suvarılmasında ciddi problemlər mövcud idi.

Çayda suyun səviyyəsinin artması bu problemin aradan qalxmasına səbəb olub. Hazırda sahil boyu quraşdırılmış su nasoslarının fəaliyyəti bərpa olunub. Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında artımlar müşahidə olunacaq.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO