Pensiya yaşının azaldılması İŞSİZLİYİ aradan qaldıra bilər - EKSPERT

Pensiya yaşının azaldılması İŞSİZLİYİ aradan qaldıra bilər - EKSPERT

Hazırda oxunan: Pensiya yaşının azaldılması İŞSİZLİYİ aradan qaldıra bilər - EKSPERT

73043

“Kişilər pensiyaya 60, qadınlar isə 55 yaşında çıxmalıdır. Bunu etmək mümkündür və bu addım makroiqtisadi tarazlığa dəstək verəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda pensiya yaşının aşağı salınması mümkünlüyündən danışarkən deyib:

“Artıq, torpaqlarımızı azad etmişik, sosial nöqteyi-nəzərdən dinamik artım siyasəti götürülüb, neft və qeyri-neft gəlirlərimizi tənzimləyə bilən dəhlizə daxil olmuşuq, büdcədən kənarlaşmaların qarşısı ümumən alınıb, büdcə xərclərində qeyri-neft sektorunun payı artıb, bütün bunlar Azərbaycanın artıq şəffah yolda olduğunun göstəricisidir. Bu göstəricilər fonunda ölkəmizdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçünsə 55 yaşında olması daha məqbuldur”. 

Ekspert qeyd edir ki, pensiya yaşının aşağı endirilməsi gənc nəslin işlə təminatına mühüm töhfə verəcək: 

“Nəzərə alaq ki, insan ömründə də müəyyən əngəllər yaranır. Qanunvericiliyə görə, 6 aydan bir üzü yuxarı pensiya yaşı artır. Bu isə insanın həyatının sonlarına yaxın pensiya almaq imkanlarından yararlanma dövrünü qısaldır. Mövcud iqtisadi göstəricilər, yürüdülən sosial siyasətlə əlbəttə ki, güclü cinsin 60 və zərif cinsin isə 55 yaşda pensiyaya çıxarılması mümkün variantdır. Bu fərqin iqtisadi gəlirlərimizdə xüsusi çəkisi çox azdır. Rəqəmsal olaraq dəyərləndirsək, ölkəmizi defolt vəziyyətinə gətirəcək əmsal da yoxdur.

Ona görə də pensiya yaşı yuxarıda qeyd etdiyim həddə endirilməlidir. Düzdür, pensiya yaşının 55-60 yaşa qədər aşağı salınması ilə təqaüdə çıxanların sayında artım olacaq.
 

Ən azından bu fərq 30-40 faiz civarında özünü göstərəcək. Hazırda təqaüddə olanların sayı 1,2 milyondan çoxdur. Yaşın endirilməsilə bu rəqəm hardasa 1,6-1,650 milyon civarında ola bilər. Pensiya yaşının endirilməsi gənc nəslin işlə təmin edilməsinə mühüm töhfə verə bilər.


Ən azından ali təhsil almış gənclərimizin işlə təmin olunma imkanları artacaq. Düzdür, pensiya yaşının aşağı salınması ilə zəncirvari olaraq bir sıra xərclər artsa da, onun baş verməsi digər tərəfdən makroiqtisadi tarazlığa dəstək verən amildir. Təhsildən tutmuş işsizlik səviyyəsinin aradan qaldırılmasına, beyin axınının qarşısının alınmasına şərait yarada və əmək qabiliyyətin gəncləşdirilməsi ilə daha dinamik inkişafa nail olmaq olar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO