Şəmkirdə sürücü avtomobili heykələ çırpdı - 3 NƏFƏR YARALANDI

Şəmkirdə sürücü avtomobili heykələ çırpdı - 3 NƏFƏR YARALANDI

Hazırda oxunan: Şəmkirdə sürücü avtomobili heykələ çırpdı - 3 NƏFƏR YARALANDI

72992

Şəmkir rayonunda baş verən yol nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Yeni Həyat kəndində hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq kənarındakı heykələ çırpılıb.

Qəza zamanı Şəmkir rayon sakinləri, 1997-ci il təvəllüdlü B.Quliyev, 1998-ci il təvəllüdlü C.İbrahimov və onun qardaşı, 2000-ci il təvəllüdlü U.İbrahimov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Həkimlərin ilkin tibbi yardımından sonra hər üç xəsarət alanın vəziyyəti orta ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO