Sursatı bitdiyindən düşmənin öz pulemyotu ilə 23 ermənini məhv edən şəhidimiz - FOTO

Sursatı bitdiyindən düşmənin öz pulemyotu ilə 23 ermənini məhv edən şəhidimiz - FOTO

Hazırda oxunan: Sursatı bitdiyindən düşmənin öz pulemyotu ilə 23 ermənini məhv edən şəhidimiz - FOTO

7295

Bu gün şəhid baş çavuş Samiq Rəhmanovun doğum günüdür.

Bizim.Media Report-a istinadən xəbər verir ki, 44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Astaradan olan Samiq Rizvan oğlu Rəhmanovdur.

Samiq Rəhmanov 1989-cu ildə Astaranın Səncərədi kəndində dünyaya gəlib.

Orta məkəbi bitirdikdən sonra hərbi xidmətə gedən Samiq Rizvan oğlu Rəhmanov 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Snayper kursunu keçdikdən sonra aprel döyüşlərində yaxından iştirak edib.

Samiq sonradan çavuş və baş çavuş rütbələrinə yüksəlib. Onun döyüşlərdə iştirakı hələ 2016-cı ilin aprelində Lələtəpədən başlayıb. Vətən Müharibəsində döyüş yolunu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıda davam etdirib.

Samiq ilk dəfə Cəbrayılda başından, çiynindən və qolundan qəlpə yaraları alıb. Lakin hospitalda əməliyyatdan könüllü imtina edərək yenidən döyüşlərə qatılıb.

Cəbrayıl istiqamətində ayağından xəsarət alsa da, yenə döyüş dostlarından, əsgərlərindən ayrılmayıb. Yaralı olduğu halda belə düşmənlə vuruşmağa davam edib.

Həyat yoldaşı Dünya Rəhmanova deyir ki, Samiq ailəcanlı, dostlarına, doğmalarına bağlı insan olub:

“Evə son dəfə sentyabrın 26-da, müharibədən bir gün əvvəl gəlmişdi. Sonuncu dəfə isə onu hospitalda müalicə alan vaxt gördüm. Soruşdum hansı şəraitdə yaralandın? Cavab verdi ki, ağır döyüş gedirdi. Silahımın gülləsi qurtardı. Ermənilərin meydanda qoyub qaçdıqları pulemyotu götürüb döyüşü davam etdirdim. Düşmənin 23 nəfər canlı qüvvəsini məhv etdim. Lakin top mərmisi yanımda partladı”.

Azərbaycan Ordusunun qəhrəman Baş çavuşu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Samiq Rəhmanov Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun iki qız övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO