“60 yaş kişilər, 55 yaş isə qadınlar üçün isə ən optimal pensiya yaşıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib.
Deputat qeyd edib ki, ölkəmizdə şəxslər 25 yaşından işləməyə başlayır, 40 yaşına qədər işləyir, 65 yaşında isə pensiyaya çıxır:
“3-5, maksimum 10 il pensiya ala bilirlər. Haradadır haqq, haradadır ədalət? Deyilənlərə baxmayaraq, Azərbaycanda ömür müddəti o qədər də yüksək deyil. İnsanlar 60 yaşından sonra bu və ya digər səbəbdən səhhətlərində ciddi problemlər yaşayırlar. Belə vəziyyətdə onların çalışmaq imkanı da kifayət qədər olmur”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 05.05.2022
Fəzail Ağamalı pensiya yaşına etiraz etdi: “Haradadır haqq, haradadır ədalət?”
Hazırda oxunan: Fəzail Ağamalı pensiya yaşına etiraz etdi: “Haradadır haqq, haradadır ədalət?”
Hazırda oxunan: Fəzail Ağamalı pensiya yaşına etiraz etdi: “Haradadır haqq, haradadır ədalət?”
72927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.