Azərbaycanda pensiya yaşı azaldıla bilər – Milli Məclisdə TƏKLİF 

Azərbaycanda pensiya yaşı azaldıla bilər – Milli Məclisdə TƏKLİF 

Hazırda oxunan: Azərbaycanda pensiya yaşı azaldıla bilər – Milli Məclisdə TƏKLİF 

72920

“Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yox, ümumilikdə hökumətin bu proseslərdə iştirakını vacib hesab edirəm”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli “Əmək pensiyaları haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.  

Deputat “çoxuşaqlı ailə” anlayışında dəyişikliyin olmasını vacib hesab edib.  

“Qanunun 8-ci maddəsi uşaqlara görə pensiya verilməsi şərtlərini yumşaldır, genişləndirir və təkbaşına 5 uşaq böyüdən kişilərə də şamil olunur. Bir şeyi də nəzərə almalıyıq ki, Azərbaycanda demoqrafik vəziyyət kəskin dəyişib. Hazırda ölkəmizdə hər ailədə 1-2 uşaq olur.

Bu da qanunun əhatə dairəsini məhdudlaşdırır. Təklifim budur ki, çoxuşaqlı ailələrə 3 və daha artıq uşağı olanlar aid edilsin”.  

Əli Məsimli pensiya yaşının azaldılmasını vacibliyinə də toxunub:  

“Son 30 ildə pensiya yaşının dəyişilməsi elə də ciddi təsirlərə məruz qalmayıb. Analiz etsək görə bilərik ki, ömür uzunluğu 1990-cı illə müqayisədə 2 yaş artıb. Pensiya yaşı isə kişilər üçün 5, qadınlar üçün 8 yaş dəyişib. Hesab edirəm ki, ümumi ömür uzunluğu ilə yanaşı, sağlam ömür anlayışını da dövriyyəyə gətirməliyik”.   
Millət vəkili qeyd edib ki, ölkəmizdə pensiya yaşının kişilər üçün 63, qadınlar üçün 60 yaş olması daha məqbuldur.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO