Bakıda bu teatrda təmir-bərpa işlərinə başlanıldı

Bakıda bu teatrda təmir-bərpa işlərinə başlanıldı

Hazırda oxunan: Bakıda bu teatrda təmir-bərpa işlərinə başlanıldı

72889

Opera və Balet Teatrında əsaslı təmir və bərpa işləri başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva yayıb.

Onun sözlərinə görə, təmir işləri üçün dövlət tərəfindən xarici mütəxəssislər dəvət edilib.

Ş.Ağamirzəyeva xatırladıb ki, teatrda ən son təmir işləri 1987-1988-ci illərdə aparılıb:

"Yəni 30 ildən artıqdır ki, bina təmir edilməmişdi. Hazırda binanın fasadı təmir olunur, zalda isə hələ işlərə başlanılmayıb. Teatrda həm məşqlər, həm də tamaşalar davam edir".

"Mövsümün sonunda, təxminən iyun ayının əvvəllərində tamaşalarımızı başa çatdırıb, mövsümü bağlayıb, zalı təmir üçün inşaatçılara təhvil verəcəyik. Təmirin nə zaman bitəcəyini deyə bilmərik. Adminstrativ binada təmir işləri artıq yekunlaşmaq üzrədir. Əgər mövsümün əvvəlində, sentyabrda təmir işləri yekunlaşmazsa, yəqin ki bizə başqa yerdə tamaşa zalı ayırılar", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO