Pul yığmağın ən sadə yolları - ARAŞDIRMA

Pul yığmağın ən sadə yolları - ARAŞDIRMA

Hazırda oxunan: Pul yığmağın ən sadə yolları - ARAŞDIRMA

7287

Bəzən həddən artıq və lazım olmayan yerlərə pul xərcləyirik. Zəruri ehtiyacımızın nə olduğunu fikirləşmədən pul xərcləmək insanı ya müflis, ya da başqalarına möhtac edir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu cür səhvlərin qarşısını almaq üçün kiçik bir araşdırma aparılıb.

Kredit kartını cüzdanınızda gəzdirməyin. Çünki bu lazım olmayacaq qədər pul xərcləməyinizə gətirib çıxaracaq. Üzərinizdə zəruri ehtiyaclarınızı ödəyəcək qədər nağd pul olması yetərlidir.

Endirim istəyin. Maliyyə böhranlarının olduğu dövrdə endirim istəmək lazımdır. Hazırda hər bir şirkət endirim strategiyası ilə çalışır.

Əgər satıcı endirim etmirsə, bunu şirkət menecerindən tələb edin. Onunla da razılığa gələ bilməsəniz şirkət rəhbərliyinə müraciət edin. Bu sizin ən təbii haqqınızdır.

Bəzən gözləmək lazımdır. Ən azı 30 gün özünə söz ver ki, ən xırda şeyi belə alanda bir gün gözləyəcəksən.

Növbəti alış-verişdə mağazaya onu sizin üçün bir gün saxlamağı xahiş edin. Əgər almaq istədiyiniz bir şeyi 24 saat sonra da istəyirsinizsə, o zaman o sizindir.

Bu cür proseslər sizə böyük məbləğləri xərcləməkdən yayındıracaq.

Dostlarından kömək istə. Toy, ad günü və digər məsələlərdə dostlarının sənə kömək etmələrinə imkan ver. Bəzən almaq istədiyiniz bir şey dostunuzun istifadə etmədiyi, evin bir köşəsində qalan bir əşyadır.

Qiymətləri gözdən keçir. Onlayn alış-veriş etməyimiz səhvlərdən biridir.

Onlayn sifariş vermədən əvvəl mütləq araşdırma edin. Ən uyğun qiyməti, münasib şərtləri öyrəndikdən sonra bu iş daha rahat olur.

Bizim.Media, Vüqar Ağamalıoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO