Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron qeydiyyat başa çatdı

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron qeydiyyat başa çatdı

Hazırda oxunan: Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron qeydiyyat başa çatdı

72708

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Bu barədə Bizim.Media-yaTəhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün ümumilikdə 6 min 407 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Yeni qaydalara uyğun olaraq, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailələrinin üzvlərinə veriləcək. 
Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyət qısa müddət ərzində məlumatlandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO