Su polisindən ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçdi - VİDEO

Su polisindən ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçdi - VİDEO

Hazırda oxunan: Su polisindən ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçdi - VİDEO

72681

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qaçmaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinə Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. 

Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polislərinin keçirdikləri əməliyyat nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.

Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib. Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. 
Elçin Bəşirov ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO