Milli Şuranın dünən 15 mart tarixli “Talana son!”x9d aksiyasında aktiv iştirakına, həmin aksiyaya insanları cəlb etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə ADP fəalı Altay Qasımov aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, A.Qasımov aksiya başa çatdıqdan sonra aksiyanın keçirildiyi Yasamal rayonu ərazisindəki “Məhsul”x9d stadionundan metronun İnşaatçılar stansiyasına, oradan da qatarla Qara Qarayev stansiyasına gəlmişdir. Metrodan çıxdıqdan sonra yaşadığı ünvana piyada getdiyi zaman 3-4 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq nəyə görə mitinqə qatıldığını və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyini soruşmuşlar. ADP fəalı A.Qasımov mitinqə qatılmaq və orada şüarlar səsləndirmək onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə A.Qasımovu nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, A.Qasımovu və onun təmsil olunduğu təşkilatı təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
ADP fəalına qarşı
törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında
həyata keçirilib. Çünki, ölkədə olan mövcud hakimiyyət zaman-zaman müxalifət
düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc
metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi
fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə
isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır”x9d
ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün
yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma və saxta ittihamları ilə
türmələrdə çürüyür.
Avropa Şurası, Avropa
Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə
siyasi islahatlara çağırdığı halda, hakimiyyətin siyasi motivli həbsləri davam
etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə,
zorakılıqlara və diskriminasiyaya məruz qoyması onu göstərir ki, bu rejim islah
olunan deyil.






























































































