Bakı Şəhəri Baş Polis İdarəsindən bayram günləri yaranan sıxlıqla bağlı ÖZƏL AÇIQLAMA

Bakı Şəhəri Baş Polis İdarəsindən bayram günləri yaranan sıxlıqla bağlı ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Bakı Şəhəri Baş Polis İdarəsindən bayram günləri yaranan sıxlıqla bağlı ÖZƏL AÇIQLAMA

72572

“Təhlükəsizliyimizi təmin etmək vətəndaşlarımızın öz əlindədir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Bayram günlərində də iş başında olduğunu bildirən polkovnik Vaqif Əsədov söyləyib ki, yaranan sıxlıqla əlaqədar gücləndirilmiş iş rejimində çalışırlar.

“Azərbaycanın Milli Bayramı olan Ramazan Bayramının ənənələrindən biri də bu bayramı ailə və əzizlərlə birgə qeyd etməkdir. Bu səbəbi əsas götürərək Bakıda təhsil və iş məqsədi ilə yaşayan insanların rayonlara üz tutması, o cümlədən insanların məscidlərə kütləvi şəkildə ibadət üçün üz tutması ilə əlaqədar bayram günlərində yollarda sıxlıq müşahidə olunur”.

BŞBPİ rəsmisi əlavə edib ki, təhlükəsizliyimizi təmin etmək vətəndaşlarımızın, o cümlədən sürücülərimizin öz əllərindədir.

“Buna görə də idarəmiz bayram öncəsi sürücülərimizə xəbərdarlıq edərək, onları yollarda hərəkət zamanı diqqətli olmağa çağırdı”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO