Qubada mübahisə qanlı sonluqla bitdi - ÜRƏYİNDƏN BIÇAQLADI VƏ...

Qubada mübahisə qanlı sonluqla bitdi - ÜRƏYİNDƏN BIÇAQLADI VƏ...

Hazırda oxunan: Qubada mübahisə qanlı sonluqla bitdi - ÜRƏYİNDƏN BIÇAQLADI VƏ...

72464

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO