Qubada yük avtomobili

Qubada yük avtomobili "Jiquli"ni vurdu – Sürücü xəstəxanaya aparıldı

Hazırda oxunan: Qubada yük avtomobili "Jiquli"ni vurdu – Sürücü xəstəxanaya aparıldı

72300

Bakı-Quba yolunun 149-cu km-də, Quba rayonu ərazisində sürücülərdən birinin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, Shacman markalı avtomobillə VAZ-2107 markalı avtomaşın toqquşub.

Hələlik sürücülərin kimliyi açıqlanmır. VAZ-2107-nin sürücüsü xəsarət alaraq Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin olaraq məlum olub ki, "Jiquli" markalı avtomobil yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyəndə yük avtomobili onu vurub. 

Qəzanın başvermə səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO