“Azərişıq” mükafata layiq görüldü - FOTO

“Azərişıq” mükafata layiq görüldü - FOTO

Hazırda oxunan: “Azərişıq” mükafata layiq görüldü - FOTO

72244

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Azərşiq” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, “Azərişıq” ASC-nin “Ağıllı Şəbəkələrin Baş İdarəetmə Mərkəzi”nin Çağrı Mərkəzi fəxri diploma layiq görülüb.

Qeyd olunub ki, “Azərişıq” ASC-də əməyin mühafizəsi, leqallaşdırılması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlərin və işçilərin hüquqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələr uğurla icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO