Lənkəranda iki avtomobil toqquşdu - SÜRÜCÜ YARALANDI / FOTO

Lənkəranda iki avtomobil toqquşdu - SÜRÜCÜ YARALANDI / FOTO

Hazırda oxunan: Lənkəranda iki avtomobil toqquşdu - SÜRÜCÜ YARALANDI / FOTO

72225

Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə  Lənkəran-Boradigəh yolunun Girdəni kəndi ərazisində baş verib. 

Belə ki, “Mercedes” markalı minik avtomobili  “VAZ 2107” markalı  avtomobillə toqquşub. 

“Mercedes”də olan iki nəfər qoruyucu yastıq  sayəsində qəzada ciddi xəsarət almayıblar.  

“Vaz 2107”-nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO