Azərbaycan üzgüçüsü Çexiyadan medalla dönür - FOTO 

Azərbaycan üzgüçüsü Çexiyadan medalla dönür - FOTO 

Hazırda oxunan: Azərbaycan üzgüçüsü Çexiyadan medalla dönür - FOTO 

72143

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən üzgüçülük növü üzrə Beynəlxalq turnirdə 3 cü yerə sahib olub, bürünc medal qazanıb.   

Azərbaycan Üzgüçülük Federasiyandan Bizim.Media-ya verilən məlumata görə ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanan Məryəm 50 metr sərbəst üsulda 26.83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer ala bilib.  

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə Məryəm Şeyxəlizadəxangahın 50 metr sərbəst üsulda 26.83 nəticəsi ölkə və həm də şəxsi rekordudur: 

“Komanda yarışlara ciddi hazırlaşır. Məryəmin çıxışında lisenziya normativi üçün çöx cüzi vaxt çatışmamazlığı oldu. Ümidvarıq ki, növbəti yarışlarda o dünya çempionatına vəsiqə qazana biləcək” - deyə baş məşqçi əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO