Dünyanın 2-ci ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlar başladı

Dünyanın 2-ci ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlar başladı

Hazırda oxunan: Dünyanın 2-ci ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlar başladı

7207

Afrika ölkələri bütün qitəni əhatə edən, dünyanın II ən böyük sərbəst ticarət razılaşması üzrə əməliyyatlara başlayıb.

Bizim.Media xəbər verir ki,bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, Afrika Qitəsi üzrə Azad Ticarət Zonası (African Continental Free Trade Area - AfCFTA) razılaşması regionun öz dəyər zəncirini yaratmasına imkan verəcək.

Dünya Bankının hesablamalarına görə, bu razılaşmanın hesabına 2035-ci ilə qədər on milyonlarla insan yoxsulluqdan qurtula bilər. Onun əhatə etdiyi insanların ümumi sayı isə 1,3 milyard nəfərdir. Sənəd 3,4 trilyon ABŞ dolları dəyərində iqtisadi birləşmə deməkdir və Dünya Ticarət Təşkilatının (WTO) qurulmasından sonra ən böyük sərbəst ticarət zonası yaratmağı hədəfləyir. Eritreyadan başqa bütün qitə ölkələrinin imzaladığı razılaşmanı 34 ölkə artıq təsdiqləyib.

AfCFTA ötən il iyulun 1-də qüvvəyə minməli idi. Lakin koronavirus (COVID-19) pandemiyası ilə bağlı təkbətək danışıqlardakı gecikmələr əməliyyatların 6 ay gec başlamasına səbəb olub. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO