Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təsdiq edilmiş plana uyğun olaraq müxtəlif bölgələrdə ümumən 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bundan əlavə olaraq 62 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur:
“Bu yeni yaşayış massivləri həm regionları, həm də bakı şəhərinin inzibati ərazisini də ehtiva edir.
Şöbə rəisi bildirib ki, hazırda yaşayış məntəqələri üzrə işin 50 %-ində, yəni 32 yaşayış məntəqəsində sürətli iş gedir:
“Yeni yaşayış massivləri üzrə isə massiv sayına görə 75 %-də iş başlanılıb. Havalar istiləşdikcə işlər daha sürətlə aparılacaq. Çünki hava şəraiti işlərin sürətinə və dinamikasına birbaşa təsir göstərir. Təbii ki, götürülmüş öhdəlik də ilin sonuna qədər 100 % yerinə yetiriləcək”.
T. Cəfərov bildirib ki, hazırda ölkə üzrə qazlaşma səviyyəsi 96,3 % təşkil edir:
“Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə ölkə üzrə qazlaşdırma səviyyəsi 62,2 % təşkil edib. Son 10 il ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dövlət dəstəyi ilə 1 700-dən çox yaşayış mənqəsəi qazlaşdırılıb”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 29.04.2022
Bu il ölkədə 69 yaşayış məntəqəsi qazlaşdırılacaq
Hazırda oxunan: Bu il ölkədə 69 yaşayış məntəqəsi qazlaşdırılacaq
Hazırda oxunan: Bu il ölkədə 69 yaşayış məntəqəsi qazlaşdırılacaq
72012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.