Polad Həşimovun məzarı ziyarət edildi

Polad Həşimovun məzarı ziyarət edildi

Hazırda oxunan: Polad Həşimovun məzarı ziyarət edildi

7197

Yanvarın 2-də Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edərək ehtiramlarını bildirib.

Bizim.Media Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, anım mərasimində Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.

Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

O, 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Şəhidin məzarı önünə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub, dualar oxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO