Ağdaşda yeniyetmənin döyülüb “TikTok

Ağdaşda yeniyetmənin döyülüb “TikTok"da paylaşılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ağdaşda yeniyetmənin döyülüb “TikTok"da paylaşılması ilə bağlı RƏSMİ AÇIQLAMA 

71892

Xəbər verdiyimiz kimi “TikTok”sosial platformada yayılan növbəti videogörüntü qalmaqala və narazılığa səbəb olub. 4 yeniyetmə bir nəfəri “təkləyərək” ondan üzr istəmələrini tələb edib.

Görüntülərdə təklənən yeniyrtmədən Ağdaş uşaqlarından üzr istəməsi tələb olunur. Səsini çıxarmayan yeniyetmə fiziki zorakılığa məruz qalır və yeniyetmələrdən biri üzünə yumruqla zərbə endirir. 
 

MÖVZU İLƏ BAĞLI:

4 nəfər bir yeniyetməni döyüb "Tiktok"da paylaşdılar - VİDEO


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, məsələ artıq nəzarətə götürülüb: 

"Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO